“Hidrogenə maraq artır, amma …” | Moldovalı ekspertin şərhi

   “Hidrogenə maraq artır, amma …”    | Moldovalı ekspertin şərhi
  09 Yanvar 2025    Oxunub:359
“Enerjinin gələcək inkişafı istiqamətində hidrogenə maraq getdikcə artır”. Bu sözləri “Azvision.az”a açıqlamasında moldovalı energetika mütəxəssisi Sergey Unquryanu dilə gətirib.
O vurğulayıb ki, sözügedən yanacaq növü gələcəkdə təbii qazı əvəzləsə belə, proses birdən-birə baş verməyəcək:
- “Yaşıl” hidrogen istehsalı üçün, əlbəttə, müəyyən texnoloji tələblər, çətinliklər var. Adi yanacaqla hidrogen istehsalı müşküldür. Üstəlik, onun adi qaz kəməri ilə daşınması çətinliklər törətdiyi üçün xüsusi infrastruktura ehtiyac var. Çünki hidrogen daha yüksək təzyiqə malikdir. Adi qazpaylayıcı şəbəkədə təzyiq 200-220 atmosfer ölçülürsə, hidrogen üçün 400 atmosferdən çox lazımdır.

Ekspertin sözlərinə görə, hazırda dünyada hidrogenin lazımi səviyyədə istehsalı üzrə ixtisaslaşan müəssisələr yoxdur. Çünki istər Avropada, istərsə başqa ölkələrdə hidrogenə tələbat çox aşağıdır. Bu sənayenin inkişafı üçün istehsalçılarla istehlakçıların bərabər işləmələri zəruridir.

Murad Nəcəfov
Firudin Həmidli

AzVision.az


Teqlər: Hidrogen  





Xəbər lenti